...

Qubada kvadrisikl qəzası ölümlə nəticələnib

Hadisə Materials 13 Mart 2026 15:18 (UTC +04:00)
Qubada kvadrisikl qəzası ölümlə nəticələnib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki,sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

"Son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə olunması həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, kvadrisikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək risk yaradır. Eyni zamanda xatırladılır ki, kvadrisikllərin ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir", - BDYPİ-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti