...

Ötən il Azərbaycanda bütün vətəndaşların maaşı və pensiyaları artıb – Deputat

Cəmiyyət Materials 13 Mart 2026 15:30 (UTC +04:00)
Ötən il Azərbaycanda bütün vətəndaşların maaşı və pensiyaları artıb – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 5-ci dərin islahatlar zərfi qəbul edilib, minimum pensiya 14,3 % artaraq 320 manata, minimum əmək haqqı 16 % artaraq 400 manata çatdırılıb, bütün vətəndaşların maaşlarında və pensiyalarında artım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Komitə sədri xatırladıb ki, hesabat ilində orta aylıq əmək haqqı 9,3 % artaraq 1 103 manata, çatıb, orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib:

“Hesabat ilində 189 min nəfər münasib işlə təmin olunub, 18 min nəfər peşə hazırlığı kurslarına, 16,8 min nəfər isə özünəməşğulluq proqramına cəlb edilib, 11 min nəfər işsiz şəxsə işsizlikdən sığorta müavinəti verilib”.

M.Quliyev qeyd edib ki, özünüməşğulluq proqramı ilə əhatə olunan şəxslərin sayı 2017-2026 ci illər üzrə 110 min nəfərdən çox olacaq.

Xəbər lenti

Xəbər lenti