...

Naxçıvan iqtisadiyyatı böyüyüb

İqtisadiyyat Materials 13 Mart 2026 20:09 (UTC +04:00)
Naxçıvan iqtisadiyyatı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 223,687 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.

Hesabat dövründə muxtar respublikada əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun dəyəri 473,5 manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti