...

Milli Məclisin nümayəndə heyəti Latviya Seyminin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Mart 2026 17:16 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti Latviya Seyminin sədri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun nümayəndələri Riqada görüşlər keçiriblər.

Trend xəbər verir ki, nümayəndə heyətinə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Milli Məclisin deputatı Sevil Mikayılova, işçi qrupun rəhbəri Kəmran Bayramov və qrupun üzvü, deputat Fazil Mustafa daxildir.

Azərbaycan parlamentariləri Latviya Seyminin sədri Dayqa Mierinya ilə görüşüblər. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti