...

Pentaqon Küveyt və İordaniyada amerikalı əsgərlərin yaralandığını təsdiqləyib

Dünya xəbərləri Materials 13 Mart 2026 17:48 (UTC +04:00)
Pentaqon Küveyt və İordaniyada amerikalı əsgərlərin yaralandığını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrana qarşı əməliyyatda iştirak edən ABŞ hərbçiləri Küveyt, İordaniya və digər məntəqələrdə yaralanıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn açıqlama verib.

“Bizdə Küveyt, İordaniya və cənub cinahında yerləşən bir sıra məntəqələrdə yaralanma halları olub”, – deyə o mətbuat konfransında bildirib və əlavə edib ki, yaralanan hərbçilərin əksəriyyəti tibbi yardım aldıqdan sonra yenidən sıravi xidmətə qayıdır.

O, bu vaxta qədər ümumilikdə neçə nəfərin həlak olduğu barədə məlumat verməyib.

Pentaqon rəhbəri Pit Heqset öz növbəsində bildirib ki, yaralanan amerikalı hərbçilərin təxminən 90 faizi yenidən sıravi xidmətə qayıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti