...

Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır - Kuba Prezidenti

Dünya xəbərləri Materials 13 Mart 2026 17:50 (UTC +04:00)
Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır - Kuba Prezidenti
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.

Trend xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransı zamanı bildirib.

Bununla belə Kuba liderinin sözlərinə görə, belə bir danışıqlar tərəflərin bərabərliyi və bir-birinin siyasi sisteminə hörmət prinsiplərinə əsaslanmalıdır.

Bundan əlavə, Migel Dias-Kanel ABŞ-nin Federal Təhqiqat Bürosunun (FBI) nümayəndələrini qəbul etməyə hazır olduqlarını da bəyan edib. Məqsəd ABŞ-yə məxsus silahlı katerin ölkənin ərazi sularına daxil olması ilə bağlı hadisəni araşdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti