...

Orta Dəhliz Asiya ilə Avropa arasında ən praktik və etibarlı marşrutlardan birinə çevrilir - Tacikistanın sabiq XİN rəhbəri

İqtisadiyyat Materials 13 Mart 2026 16:26 (UTC +04:00)
Orta Dəhliz Asiya ilə Avropa arasında ən praktik və etibarlı marşrutlardan birinə çevrilir - Tacikistanın sabiq XİN rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Asiya ilə Avropa arasında ən praktik və etibarlı marşrutlardan birinə çevrilir.

Trend xəbər verir ki, bunu Tacikistanın keçmiş xarici işlər naziri Rəşid Alimov “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Orta Asiya ölkələri regionda irəli sürülən təşəbbüsləri və inkişafı hər zaman dəstəkləyir. Məlum olduğu kimi, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əhəmiyyətli irəliləyiş əldə olunub. Son onillikdə bu təşəbbüs regionun infrastrukturunun müasirləşdirilməsində və tranzit potensialının genişləndirilməsində mühüm rol oynayıb. Eyni zamanda Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət qazanıb”, – deyə o bildirib.

R.Alimov qeyd edib ki, Orta Dəhliz Orta Asiya və Xəzər vasitəsilə Asiya ilə Avropa arasında ən praktik və etibarlı marşrutlardan birinə çevrilir.

“Biz Avropa İttifaqının "Global Gateway" təşəbbüsünü böyük maraqla izləyirik. Bu təşəbbüsün mövcud infrastrukturu tamamlayacaını, dayanıqlılığı gücləndirəcəyini və nəqliyyatın inkişafına yeni təkan verəcəyini gözləyirik”, – deyə o qeyd edib.

Diplomat eyni zamanda son illərdə Orta Asiyada ciddi dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. Dəmir yolları modernləşdirilib, yeni beynəlxalq avtomobil yolları tikilib, nəqliyyat və logistika mərkəzləri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti