...

AMB-nin kommunikasiya təcrübəsi Almatıda keçirilən regional tədbirdə təqdim olunub

İqtisadiyyat Materials 13 Mart 2026 16:09 (UTC +04:00)
AMB-nin kommunikasiya təcrübəsi Almatıda keçirilən regional tədbirdə təqdim olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində “Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya” mövzusunda keçirilən regional tədbirdə iştirak edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi (QMAMTYM) ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin (CARTTYM) birgə təşkil etdiyi tədbirdə regionun mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edib. Dördgünlük tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi, eləcə də monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin “Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri” adlı interaktiv sessiyası çərçivəsində Mərkəzi Bankın departament direktoru Tural İsmayılov Bankın kommunikasiya fəaliyyətinə dair təcrübəsini iştirakçılarla bölüşüb. O, Mərkəzi Bankın kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri barədə təqdimat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti