...

Qlobal Cənubda maliyyələşdirmə baxımından böyük istifadə olunmamış potensial mövcuddur - Həfzət Abiola

Siyasət Materials 13 Mart 2026 16:21 (UTC +04:00)
Qlobal Cənubda maliyyələşdirmə baxımından böyük istifadə olunmamış potensial mövcuddur - Həfzət Abiola
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Cənubda maliyyələşdirmə baxımından istifadə olunmamış böyük potensial mövcuddur.

Trend xəbər verir ki, bunu “Afrikada Qadınlar” təşəbbüsünün prezidenti Həfzət Abiola “Keçid dövründə dünyada parçalanmanın aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda bildirib.

“İqlim məsələləri ilə bağlı maliyyələşmə bizim üçün böyük problemdir və Qlobal Cənub ölkələri daim Qlobal Şimala maliyyə üçün müraciət edirlər. Əgər biz Efiopiyada bənd tikintisini maliyyələşdirə biliriksə, bu, o deməkdir ki, Qlobal Cənubda da səfərbər edə biləcəyimiz böyük istifadə olunmamış maliyyə potensialı mövcuddur. Mən hesab edirəm ki, Qlobal Cənub ölkələri səylərini birləşdirərək və öz problemlərinə görə məsuliyyəti üzərlərinə götürərək Qlobal Şimalla əməkdaşlıq üçün yeni təkan yarada bilərlər. Mən COP32 çərçivəsində bunu necə həyata keiçirəcəyimizi görməyi səbirsizliklə gözləyirəm”, — deyə o bildirib.

Abiola əlavə edib ki, onun fikrincə, COP-un əsas vəzifəsi parçalanma problemini həll etməkdir.

“Biz həddindən artıq parçalanmışıq. Efiopiya artıq Afrika ölkələrinin mövqelərinin inteqrasiyası istiqamətində ciddi iş aparır. Buna görə də COP32-yə məhz onların ev sahibliyi etməsi məntiqlidir”, — deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti