...

Qlobal Şimal və Qlobal Cənub arasındakı fərqlərdən iqlim problemlərinin həlli üçün istifadə etmək lazımdır - COP27 sədri

Siyasət Materials 13 Mart 2026 15:38 (UTC +04:00)
Qlobal Şimal və Qlobal Cənub arasındakı fərqlərdən iqlim problemlərinin həlli üçün istifadə etmək lazımdır - COP27 sədri
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Şimal və Qlobal Cənub arasında bəzən fəaliyyətlərin koordinasiyasını çətinləşdirən fərqlər mövcuddur. Lakin bu fərqlər iqlim problemlərinin həlli üçün ümumi yanaşmanın formalaşdırılmasında tanınmalı və istifadə olunmalıdır.

Trend xəbər verir ki, bunu Misirin keçmiş xarici işlər naziri, COP27 sədri Sameh Şükri “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş “Danışıqlardan kənarda: COP-un dayanıqlığı uğrunda mübarizə” adlı panel iclasında deyib.

Onun sözlərinə görə, 300 milyon dollar məbləğində kollektiv maliyyələşdirməyə nail olunması mühüm uğurdur, lakin onun uzunmüddətli təsiri ilə bağlı realist olmaq vacibdir.

“Tarix göstərir ki, gözləntilər heç də həmişə reallığa uyğun olmur, buna görə də bu məhdudiyyətləri nəzərə alaraq planlaşdırma aparmaq vacibdir. Eyni zamanda əminəm ki, dayanıqlı energetikaya keçid vasitəsilə iqtisadi artım üçün böyük potensial mövcuddur və bu istiqamət gələcəyə aparan yolu göstərir”, – deyə o bildirib.

S.Şükri qeyd edib ki, iqlim tədbirlərinin uğurla həyata keçirilməsi iqlim dəyişikliklərinin fəsadlarının azaldılması və uyğunlaşma üzrə səylərin genişləndirilməsi üçün maliyyə resurslarına çıxış tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti