Bakı. Trend:
"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" polşalı hücumçunu transfer etmək istəyir.
Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
