...

Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya edəcək

Siyasət Materials 13 Mart 2026 18:51 (UTC +04:00)
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edəcək.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi plenar iclasda müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti