...

Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb

Siyasət Materials 13 Mart 2026 18:20 (UTC +04:00)
Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Trend bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti