Bakı. Trend:
Misli Premyer Liqasında 16-cı tur davam edir.
Trend xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "İmişli" öz meydanında "Sabah"ı qəbul edəcək. Hazırda "İmişli" klubu 22 xalla 9-cu pillədə qərarlaşıb. “Sabah” isə 56 xalla turnir cədvəlinə başçılıq edir.
Günün ikinci matçında isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Aktivində 39 xalı olan paytaxt təmsilçisi 4-cü, Ağdam təmsilçisi isə 49 xalla 2-ci yerdə qərarlaşıb.
15:00. "İmişli" - "Sabah"
19:15. “Zirə” - “Qarabağ”
