...

Ruzanna Məmmədova gümüş medal qazanıb - U23 Avropa çempionatı

İdman Materials 14 Mart 2026 00:54 (UTC +04:00)
Ruzanna Məmmədova gümüş medal qazanıb - U23 Avropa çempionatı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşlərdə mübarizə aparıb.

Ruzanna Məmmədova (62 kq) final görüşündə rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olaraq gümüş medal qazanıb.

Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra 0:12 hesabı ilə uduzub və beşinci yerə sahib olub.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 3 medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti