Bakı. Trend:
Braziliyanın 2019–2022-ci illərdə prezidenti olmuş Jair Bolsonaro kəskin pnevmoniya diaqnozu ilə paytaxtdakı “DF Star” xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Trend xəbər verir ki, bu barədə tibb müəssisəsinin yaydığı tibbi bülletendə bildirilir.
Həkimlərin sözlərinə görə, siyasətçi yüksək hərarət və qanda oksigen səviyyəsinin aşağı olması səbəbindən xəstəxanaya yerləşdirilib.
Sənəddə qeyd olunur ki, Bolsonaroda ikitərəfli bakterial bronxopnevmoniya təsdiqlənib. Hazırda o, venadaxili antibiotiklərlə müalicə alır.
