Bakı. Trend:
Livanda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş “Hizbullah” və İsrail arasındakı müharibənin yaratdığı böhran fonunda Livanı dəstəkləmək məqsədilə 325 milyon dollar vəsaitin toplanması üçün humanitar kampaniyanın başladıldığını elan edib.
Trend xəbər verir ki, bu barədə Antonio Quterreş BMT qurumlarının və donor ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda çıxışı zamanı məlumat verib.
“Livan xalqını dəstəkləmək üçün 325 milyon dollarlıq təcili humanitar yardım çağırışını işə salırıq. Bu çağırış növbəti üç ay ərzində qida məhsulları, təmiz su, tibbi xidmət, təhsil, müdafiə və digər zəruri xidmətlər daxil olmaqla həyati əhəmiyyətli yardımın göstərilməsinə və genişləndirilməsinə imkan verəcək”, - deyə o bildirib.
