Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində deflimpiya karateçiləri arasında beynəlxalq turnir keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın deflimpiya karateçiləri turnirdə üç idmançı ilə təmsil olunublar. Yarışda Qasımzadə Elnur (-67 kq), Əlizadə Ələkbər (-75 kq) və Sahibli Sahib (-84 kq) iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, Elnur Qasımzadə fərdi kateqoriyada bürünc medal qazanıb. Komanda döyüşlərində isə Azərbaycan yığma komandası gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə Azərbaycan Karate Federasiyasının deflimpiya üzrə baş məşqçisi Seymur Xudaverdiyev və hakim Şahin Xudaverdiyevin rəhbərliyi ilə iştirak edib.
