Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 20,506 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,2% çoxdur.
Hesabat dövründə muxtar respublika üzrə 2,285 milyon ABŞ dolları dəyərində ixrac, 18,221 milyon ABŞ dolları məbləğində isə idxal əməliyyatları həyata keçirilib.
Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 98,2% və 15,5% artıb.
