Bakı. Trend:
Qazaxıstanda martın 14-də yeni Konstitusiya layihəsi üzrə respublika referendumu ərəfəsində sükut günü başlayıb.
Trend xəbər verir ki, referendum martın 15-də keçiriləcək və səsvermədə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılacaq.
Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Qazaxıstan vətəndaşları iştirak edə bilərlər. Ölkə üzrə ümumilikdə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 9 779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici nümayəndəliklərində açılacaq.
Referendum iştirakçılarının siyahısına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib.
