...

ABŞ Yaxın Şərqə süni intellektlə təchiz olunmuş 10 min dron göndərib

Dünya xəbərləri Materials 14 Mart 2026 02:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri ABŞ Yaxın Şərq regionuna süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib.

Trend xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına görə, “Merops” sistemləri Ukraynada da tətbiq edilir.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl bildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı “Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, tək bir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, bu isə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiəni xeyli bahalaşdırır.

Xəbər lenti

Xəbər lenti