Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi çərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzilərin satışı davam edir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux
rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər
biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb,
mənzillər çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz
mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə
bilərsiniz.
"Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili
almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi
bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən
istədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid
ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə
təminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz",-
məlumatda qeyd edilib.
