Bakı. Trend:
"Hyundai Motor" şirkətinin törəmə şirkəti olan "Hyundai Rotem" növbəti on il ərzində hipersəs raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Trend xəbər verir ki, bu layihədə şirkətin tərəfdaşı Müdafiə İnkişafı Agentliyi (ADD) olacaq.
Məlumata görə, gələcək raket 5 maks sürətinə çata biləcək. "Hyundai Rotem" artıq hipersəsli nəqliyyat vasitələri üçün sabit itələmə təmin edən əsas texnologiyanı əldə edib. Bu texnologiya mühərriklərdə yanmanı dəstəkləmək üçün yuxarı atmosferdə oksigeni udan "HyCore" sisteminə əsaslanır. Şirkət bu texnologiyanı 2018-ci ildən inkişaf etdirir.
2024-cü ildə keçirilən uçuş sınaqları zamanı tərtibatçılar "HyCore" sistemini "Mach 6" sürətinə qədər sürətləndirə və növbəti sınaq mərhələsi üçün zəruri məlumatları toplaya biliblər. Şirkət bu sürət göstəricilərinə əsasən raketin 2035-ci ilə qədər hazır olacağını açıqlayıb.
Qeyd olunur ki, Cənubi Koreya rəhbərliyi Çin və Şimali Koreya ilə hərbi-texnoloji sahədə mövcud fərqi azaltmaq üçün bu istiqamətdə işləri sürətləndirməyə çalışır.
