...

Mənzil məsələsinin həlli üçün kompleks yanaşma tələb olunur - Ana Birçall

Cəmiyyət Materials 14 Mart 2026 12:04 (UTC +04:00)
Mənzil məsələsinin həlli üçün kompleks yanaşma tələb olunur - Ana Birçall
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil məsələsinin həlli üçün hökumətin bütün səviyyələrində kompleks yanaşma tələb olunur.

Trend xəbər verir ki, bunu bu gün Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall “Keçid dövründə olan dünyadakı fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“Mənzil siyasəti yalnız evlərin inşası ilə məhdudlaşmır. Bu, məşğulluq, sosial siyasət, iqtisadiyyat və demoqrafiya ilə sıx bağlıdır”,- deyə Birçall vurğulayıb.

O, hökumətdə çalışdığı dövrdə həyata keçirilmiş gənc ailələrə dəstək proqramları üzrə təcrübəsini xatırladıb.

“Əgər insanın işi yoxdursa o, mənzil ala bilməz. Amma işə qəbul olmaq üçün təcrübə lazımdır. Bəs universiteti yeni bitirmiş gənc necə təcrübə əldə etsin? Məhz buna görə biz könüllü fəaliyyət və təcrübə proqramlarını tətbiq edirdik ki, bu proqramlar peşəkar təcrübə kimi hesab olunurdu. Təcrübə qazandıqdan sonra insan işə düzələ bilirdi və işə düzəldikdən sonra mənzil almaq imkanına sahib olurdu”, – o bildirib.

Onun sözlərinə görə, yalnız bundan sonra gənclərin ailə qurma və uşaq sahibi olma planları üçün imkan yaranır.

“Buna görə də mənzil siyasəti daha geniş sosial və iqtisadi strategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir”, – deyə Birçall vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti