...

İranın Kürdüstan vilayətində 112 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Mart 2026 12:02 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın qərbində yerləşən Kürdüstan vilayətində 112 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının Kürdüstan vilayəti üzrə idarəsinin baş direktoru Babək Hodayi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən hücumlar nəticəsində indiyədək 969 nəfər yaralanıb.

Hodayi deyib ki, hazırda 5 nəfər reanimasiyada, 27 nəfər isə palatada müalicə olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti