Bakı. Trend:
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci il 28 iyul tarixindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan "Səsiniz olaq" adlı onlayn surdotərcümə xidməti istifadəyə verib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, indiyədək 143 müraciət üzrə onlayn surdotərcümə xidməti həyata keçirilib.
"Səsiniz olaq" onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib. İnklüzivliyi artıran bu alət ÜST-nın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçüninklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələri əhatə edən sənədə daxil edilib.
