...

Süni intellekt gələcəkdə insan davranışına böyük təsir göstərəcək - Asmita Satyarti

Cəmiyyət Materials 14 Mart 2026 12:50 (UTC +04:00)
Süni intellekt gələcəkdə insan davranışına böyük təsir göstərəcək - Asmita Satyarti
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün gənclərin 88 faizi öz həmyaşıdları ilə ünsiyyət əvəzinə ChatGPT ilə ünsiyyət qurur. Süni intellekt gəkəcəkdə insan davranışına böyük təsir göstərəcək.

Trend xəbər verir ki, bunu “Satyarti” Qlobal Şəfqət Hərəkatı təşkilatının baş icraçı direktoru Asmita Satyarti bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, həm fərdi, həm də sosial səviyyədə ciddi bir zərbə olacaq:

"İnsanlar arasındakı bu boşluq onları təcrid olunmuş vəziyyətə sala bilər. Fəsadları isə ətraf mühitə və iş yerlərinə təsir edəcək. Biz bunun haqqında danışmalıyıq. Bu, güclü siqnallardır. Hardasa bir səhv var və onu tapmaq lazımdır.

Bu “virus” artıq cəmiyyətə daxil olub. İnsanların həyatına süni intellektin qərəzli təsiri böyük ola bilər. Ədalətsiz süni intellekt var və milyonlarla insan onun təsiri altındadır. Bu halda sual yaranır: bu təsirləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

Cavab mərhəmətli yanaşmadadır. Bu, vacibdir. Mərhəmət özü ən mühüm alətdir. Mərhəmət bu funksiyanı yeni quruluşa aparan amil kimi qəbul edilməlidir. Tənzimləmə təkcə kifayət deyil. Onun əsasını təhsil və düzgün yanaşma təşkil etməlidir.

Süni intellekt sayəsində mərhəmətli yanaşma bizə dəstək ola bilər, yoxsa ciddi bir böhrana düşəcəyik. Bu barədə indidən düşünməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti