Bakı. Trend:
Azərbaycanlı hücumçu Renat Dadaşov Polşa çempionatının növbəti turunun oyununa çıxıb.
Trend xəbər verir ki, Dadaşovun çıxış etdiyi “Motor” komandası 25-ci turda səfərdə “Termalika”nı 2:1 hesabı ilə məğlub edib.
Renat Dadaşov 75-ci dəqiqədə meydana daxil olaraq komandasının ilk qolunu vuran Çubakı əvəz edib.
“Motor” son dörd turda üçüncü qələbəsini qazanıb və turnir cədvəlində altıncı yerə yüksəlib. Dadaşovun komandası liqa lideri “Zaqlembe”dən yeddi xal geri qalır.
