Bakı. Trend:
"Apple" şirkəti 15 mart 2026-cı ildən etibarən Çində "App Store"da tətbiqdaxili alış-verişlər üzrə komissiyaları azaldacaq.
Trend xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Məlumata görə, Çin tənzimləyiciləri ilə "Apple" arasında müvafiq razılaşma əldə olunub. Yeni şərtlərə əsasən, tətbiqdaxili alış-verişlər və pullu tətbiqlər üçün standart komissiya 30%-dən 25%-ə endiriləcək.
"Apple" bütün tərtibatçılar üçün ədalətli və şəffaf mühitin qorunmasına sadiq olduğunu bildirərək, Çində tətbiqlər yayan tərtibatçılara digər bazarlardakı ümumi ödəniş səviyyəsinə uyğun rəqabətli "App Store" haqları təklif edəcəyini vurğulayıb.
