Bakı. Trend:
ABŞ-nin “Lockheed Martin” şirkəti "Precision Strike Missile" (PrSM) ballistik raketinin yeni versiyasının ilk uçuş sınaqlarını keçirib.
Trend xəbər verir ki, “Increment 2” modifikasiyası hərəkət edən gəmiləri vurmaq qabiliyyətinə malik olacaq.
Rusiyanın S-400 zenit-raket sistemlərinin “məhvedicisi” adlandırılan "PrSM" raketinin yeni versiyası martın 12-də sınaqdan keçirilib. Raket sınaq zamanı 350 kilometr məsafə qət edib.
Məlumata görə, raket "M142 HIMARS" buraxılış qurğusundan buraxılıb. Sınaq atəşi zamanı tərtibatçılar hərəkət edən dəniz və quru hədəflərini izləməyə imkan verən sistemi də yoxlayıblar.
