...

Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - ölən var

Hadisə Materials 14 Mart 2026 10:04 (UTC +04:00)
Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - ölən var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ-2106” markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti