...

Bəzi ölkələrdə inklüzivlik və dayanıqlılıq problemləri var - UNESCO rəsmisi

Cəmiyyət Materials 14 Mart 2026 11:05 (UTC +04:00)
Bəzi ölkələrdə inklüzivlik və dayanıqlılıq problemləri var - UNESCO rəsmisi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təşkilatımız vasitəsilə şəhər inkişafında inklüzivliyin və dayanıqlılığın təmin olunmasına çalışırıq. Bu gün dünyanın bəzi ölkələrində bu istiqamətdə ciddi çatışmazlıqlar müşahidə olunur və bu, problemin nə qədər mürəkkəb olduğunu göstərir.

Trend xəbər verir ki, bunu UNESCO-nun İnklüziv və Davamlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Mənzil sahəsində qlobal əməkdaşlıq – WUF13 üçün perspektivlər" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, bu sahədə vahid və universal həll modeli yoxdur. Buna görə də müxtəlif səviyyələrdə fəaliyyət göstərən şəbəkələr çevik olmalı və ehtiyac yaranan zaman effektiv dəstək verə bilməlidirlər:

"Məsələn, Taylandda həyata keçirilən şəhərsalma proqramı 90 min ailəni əhatə edir və qeyri-rəsmi icmalarda yaşayan 1500 ailə üçün mənzillərin əldə edilməsi imkanını yaradır. Bu kimi təşəbbüslər eyni zamanda kirayə bazarında problemlərin – kirayə qiymətlərinə nəzarət və kirayəçilərin əsassız şəkildə evdən çıxarılması kimi məsələlərin – həllinə də töhfə verir.

Bu siyasət yalnız müəyyən qrupları deyil, cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməlidir. Miqrantlar, əlilliyi olan şəxslər, gənclər və ayrı-seçkiliyə məruz qalan insanlar da bu yanaşmadan faydalanmalıdır. Əsas məqsəd yaşayış şəraitinə dair hüquqların hər kəs üçün əlçatan olmasını təmin etməkdir".

O qeyd edib ki, bizim yanaşmamız şəhərləri sanksiyalarla cəzalandırmaq deyil.

"Əksinə, şəhərlərə hansı istiqamətdə irəliləməli olduqlarını göstərmək, daha inklüziv və ədalətli yaşayış mühiti qurmaq üçün onları istiqamətləndirməkdir.

Hazırda dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır. Bu insanların arasında çoxlu sayda gənclər və uşaqlar da var. Bu fakt problemin miqyasını və təxirəsalınmaz olduğunu açıq şəkildə göstərir.

Bu səbəbdən əməkdaşlıq və davamlı dialoq vacibdir. Sual yalnız haradan başlamaq deyil. Əsas məsələ odur ki, prosesin ən son mərhələsindən belə başlamaq lazım gəlsə belə, hərəkətə keçməkdir. Bizim əsas borcumuz isə aydındır: heç kim diqqətdən kənarda qalmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti