...

2025-ci ildə 36,6 min hüquqpozma faktı aşkarlanıb

Cəmiyyət Materials 14 Mart 2026 11:01 (UTC +04:00)
2025-ci ildə 36,6 min hüquqpozma faktı aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il ərzində Dövlət Gömrük Komitəsi tərəfindən 36,6 min hüquqpozma faktı aşkar edilib ki, bu faktlardan 661-i cinayət xarakterli, 35,9 mini inzibati xəta faktları olub. Hüquqpozma faktlarının ümumi sayında 2024-cü illə müqayisədə 4,5% artım qeydə alınıb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabat ilində aşkar edilən 661 cinayət xarakterli faktlardan (əvvəlki illə müqayisədə 48% azalma) 157 fakt qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 9145,8 min manat), 124 fakt aksiz markası ilə markalanmalı (nişanlanmalı) olan məhsulları (malları) belə marka (nişanlama) olmadan idxal etmə (aşkar edilmiş malların dəyəri 3651,6 min manat), 182 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (qaytarılmayan xarici valyuta vəsaitlərinin məbləği 219,4 mln. ABŞ dolları), 26 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma (ödənilməyən gömrük ödənişlərinin məbləği 4090,3 min manat), 209 digər cinayət xarakterli faktlar (aşkar edilmiş hüquqpozma predmetlərinin dəyəri 1105,5 min manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti