...

WUF13 üçün Bakı Olimpiya Stadionunda müvəqqəti gömrük nəzarəti zonası yaradılıb

Cəmiyyət Materials 14 Mart 2026 11:03 (UTC +04:00)
WUF13 üçün Bakı Olimpiya Stadionunda müvəqqəti gömrük nəzarəti zonası yaradılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkə ərazisinə gətiriləcək mallar üzərində gömrük nəzarətinin səmərəli qaydada həyata keçirilməsi və bu malların gömrük rəsmiləşdirilməsi prosesinin operativ tənzimlənməsi məqsədilə Bakı Olimpiya Stadionunun ərazisində “WUF13 – müvəqqəti gömrük nəzarəti zonası” yaradılıb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin kompleks tikintisi məqsədilə layihə-smeta sənədləri hazırlanıb və məntəqənin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələri alınıb. Hazırda torpaq sahələrinin təyinatının dəyişdirilməsi işləri aparılır.

“Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsinin yenidən qurulması və infrastrukturunun genişləndirilməsi məqsədilə torpaq sahələrinin alınması işləri aparılır.

“Ələt” dövlət sərhədindən buraxılış məntəqəsinin layihə-smeta sənədləri hazırlanmış və Şəhərsalma və Arxitektura Komitəsinin “Elektron tikinti portalı”na yüklənilib. Eyni zamanda, idxal-ixrac terminalları üçün məntəqəyə əlavə 20 ha torpaq sahəsi ayrılıb.

“Ləkin” dövlət sərhədindən buraxılış məntəqəsinin layihə-smeta sənədləri hazırlanmış, sərnişin keçid xəttinin tikintisi başa çatıb.

“Culfa” gömrük postunda yarımçıq tikililərin tamamlanması işlərinin layihə-smeta sənədləri hazırlanmış və ekspertiza olunaraq aidiyyəti qurumlardan rəylər alınıb. Hazırda tikinti işləri davam edir.

“Sədərək” gömrük postunun yaxınlığında TIR parkının yarımçıq tikililərinin tamamlanması işlərinin layihə-smeta sənədləri hazırlanmış və onların ekspertizası üzrə aidiyyəti qurumlardan rəylər alınmışdır. Tikinti işləri tamamlanıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri, Sumqayıt Gömrük İdarəsinin ərazisində müvəqqəti saxlancl anbarlarının tikintisi, “Yeni Səngəçal” və “Yevlax” gömrük postlarının əsaslı təmiri üzrə layihə-smeta sənədləri hazırlanmış, digər müvafiq işlər görülülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti