Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 13-də ümumi çəkisi 34,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Həmçinin, ötən gün polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 19 tüfəng, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
