...

Corc Rassel Çin Qran-Prisinin sprint yarışının qalibi olub

İdman Materials 14 Mart 2026 08:30 (UTC +04:00)
Corc Rassel Çin Qran-Prisinin sprint yarışının qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.

Trend xəbər verir ki, Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.

Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.

Martın 15-də isə əsas yarış üçün təsnifat mərhələsinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti