...

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir (FOTO)

Cəmiyyət Materials 14 Mart 2026 11:25 (UTC +04:00)
Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz Bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xonçalarda novruz şirniyyatları, meyvələr düzülüb, xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablara qonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimli uşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edilib ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti