...

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 14 Mart 2026 11:10 (UTC +04:00)
Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 188 nəfər universitetlərə müsabiqədənkənar qəbul olunub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, onlardan 1 nəfər beynəlxalq fənn olimpiadası,72 nəfər respublika fənn olimpiadası, 82 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ qazanıblar. 33 nəfər isə beynəlxalq səviyyədə akreditasiya olunan təhsil proqramı (İB) üzrə təhsil aldığı üçün universitetlərə imtahansız qəbul olunub və müvafiq ixtisaslara yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti