Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 72-yə çatıb

Hadisə Materials 16 Avqust 2026 01:01 (UTC +04:00)

Bakı. Trend:

Zimbabvedə avqustun 11-də Kariba su anbarında baş vermiş bərə qəzasında həlak olanların sayı 72 nəfərə çatıb.

Bu barədə "ZBC" telekanalı polisə istinadən məlumat yayıb.

Bundan əvvəl 68 nəfərin həlak olduğu bildirilmişdi. Faciə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Eyni zamanda, həlak olanların şəxsiyyətinin yaxınları tərəfindən müəyyənləşdirilməsi prosesi aparılır.

Gəmidə olan insanların dəqiq sayı hələ də məlum deyil. Buna səbəb valideynlərinin müşayiəti ilə olan uşaqların biletsiz şəkildə bərəyə buraxılmasıdır.

İlkin məlumata görə, güclü külək və dalğalanma nəticəsində bərə dərinliyi 50 metrdən artıq olan Kariba su anbarında çevrilib. Gəmidə 160-dan çox insanın olduğu ehtimal edilir. Onlardan 77 nəfər xilas edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti