Bakı.Trend:
Bu gün Amsterdamda yəhudi məktəbinin qarşısında törədilən partlayışa görə məsuliyyəti “Haqqın Yoldaşları İslam Hərəkatı” (The Islamic Movement of the Companions of the Right) qruplaşması öz üzərinə götürüb.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Qruplaşmanın “X” səhifəsində yaydığı görüntüdə kustar üsulla hazırlanmış partlayıcı qurğunun binanın qarşısında tədricən alışdığını sonra anidən partlayışın baş verdiyini görmək olur.
xxx
11:01
Niderlandın Amsterdam şəhərində yerləşən yəhudi məktəbinin qarşısında partlayış törədilib
Trend "Times of Israel"ə istinadən xəbər verir ki, Amsterdam meri Femke Halsemanın bildirdiyinə görə, partlayış zamanı binaya yalnız məhdud ziyan dəyib.
Məlumata görə, hadisə yerinə çox sayda polis dəstələri və yanğınsöndürmə briqadası səfərbər olunub. Zərərçəkənlərin olub-olmaması ilə bağlı məlumat verilmir.
Polis partlayıcı qurğunu işə salan zaman kameraya düşmüş bir şübhəlinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Qeyd edək ki, bundan bir gün əvvəl Rotterdam şəhərinin qarşısında oxşar partlayış törədilmişdi. Həmin hücumla əlaqədar 4 nəfər saxlanılmışdı.
