Bakı. Trend:
İraqın paytaxtı Bağdad şəhərinə dron hücumları fonunda ABŞ-nin İraqdakı səfirliyinin yaxınlığında yerləşən binalardan birində yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Telekanalın məlumatına görə, hal-hazırda diplomatik missiyanın qarşısında yerləşən kompleksdən qatı tüstü qalxır.
Bundan əvvəl Al Hadath telekanalı Bağdaddakı ABŞ səfirliyinə pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirmişdi. Kanalın məlumatına əsasən, kamikadze-dron hücumu nəticəsində diplomatik missiyanın hava hücumundan müdafiə sisteminə daxil olan radar sıradan çıxıb. İraqın təhlükəsizlik qüvvələri İraqın əksər dövlət qurumlarının və ABŞ da daxil olmaqla bir çox ölkənin səfirliklərinin yerləşdiyi Bağdadın mərkəzindəki “yaşıl zona”nı tamamilə bağlayıblar.
