...

İranın bütün planları məhvə düçar olub - Tramp

Dünya xəbərləri Materials 14 Mart 2026 09:50 (UTC +04:00)
İranın bütün planları məhvə düçar olub - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın bütün planları məhvə düçar olub.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth Social" səhifəsində yazıb.

“İranın bütün Yaxın Şərqi ələ keçirmək və İsraili tamamilə yer üzündən silmək planları var idi. Elə İranın özü kimi, bu planlar da indi məhvə düçar oldu”, - Tramp qeyd edib.

İrana qarşı ABŞ və İsrail orduları tərəfindən həyata keçirilən əməliyyatları şərh edən Ağ Ev rəhbəri, eyni zamanda bəzi ABŞ KİV-lərini tənqid edib.

“İranın tam məğlub edildiyi və razılaşmaya gəlməyimizi istədiyi bir vaxtda feyk xəbər mediası Birləşmiş Ştatların Silahlı Qüvvələrinin İran əməliyyatının uğurunu işıqlandırmağa nifrət edir. (İran razılaşma istəsə də) bu, mənim qəbul edəcəyim bir razılaşma deyil!”,- Tramp vurğulayıb.

O, eyni zamanda İranda strateji obyektlərə endirilən zərbələrdən görüntülər paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti