...

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib

Siyasət Materials 14 Mart 2026 12:36 (UTC +04:00)
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Eduard Stipraislə görüşüb.

Trend xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, E.Stipraislə regional əməkdaşlıq, xüsusilə bağlantı imkanları, həmçinin Trans-Xəzər və TRIPP layihələri üzrə səmərəli müzakirələr aparılıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Məsləhət Şurasına tamhüquqlu üzvlüyünü nəzərə alaraq bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti