...

Ötən il 50 bələdiyyə sədri barəsində protokol tərtib edilib

Cəmiyyət Materials 14 Mart 2026 11:05 (UTC +04:00)
Ötən il 50 bələdiyyə sədri barəsində protokol tərtib edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il 82 minə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, onlardan 1,7 minədək akt Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən 50 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 62 fakt üzrə materiallar isə istintaqa verilmiş, qanunsuz ayrılmış 3142 hektar torpaq sahəsi geri qaytarılıb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Respublika bələdiyyələri üzrə inzibati nəzarətlə bağlı bütün aktlar “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilib, 2025-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bələdiyyələrin aktlarının da həmin sistemə yerləşdirilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti