...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 14 Mart 2026 13:13 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 14.59 ABŞ dolları və ya 16.9% artaraq, bir barel üçün 100.70 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 109.10 ABŞ dolları, minimum qiymət isə 90.34 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 96.74 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 14.29 ABŞ dolları və ya 17.3% artım deməkdir.

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 105.24 ABŞ dolları, ən aşağı qiymət isə 86.33 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 12.25 ABŞ dolları və ya 24.3% artaraq, bir barel üçün 62.71 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 70.06 ABŞ dolları, ən aşağı qiymət isə 53.14 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti 97.27 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 12.12 ABŞ dolları və ya 14.2% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 103.47 ABŞ dolları, minimal qiymət isə 87.94 ABŞ dolları olub.

Neft/Tarix

09.03.2026

10.02.2026

11.02.2026

12.02.2026

13.02.2026

Orta qiymət

Azeri LT CIF

$103.03

$90.34

$95.43

$105.58

$109.10

$100.70

Azeri Light FOB Ceyhan

$99.10

$86.33

$91.40

$101.63

$105.24

$96.74

Urals (EX NOVO)

$66.77

$53.14

$57.20

$66.38

$70.06

$62.71

Dated Brent

$102.84

$87.94

$91.46

$100.66

$103.47

$97.27

Qeyd edək ki, 2026-cı ildə 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün, Azərbaycan Əmək Məcəlləsinə əsasən, növbəti iş günü olan 9 mart (bazar ertəsi) da qeyri-iş günü hesab olunur. Bu səbəbdən həmin tarixə dair göstəricilər açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti