...

İnsan haqları, təhlükəsizlik və idarəetmə sahələrində əməkdaşlıq davam etdirilməlidir - Aİ-nin xüsusi nümayəndəsi

Cəmiyyət Materials 14 Mart 2026 15:00 (UTC +04:00)
İnsan haqları, təhlükəsizlik və idarəetmə sahələrində əməkdaşlıq davam etdirilməlidir - Aİ-nin xüsusi nümayəndəsi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mənim işlədiyim region pis xəbərlərin çox olmadığı bir ərazidir. Bu da onu göstərir ki, sıx əməkdaşlıq real faydalar gətirir və birlikdə işləməyin əhəmiyyətini vurğulayır.

Trend xəbər verir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qonşuluqda fərqli ölkələr mövcuddur və hər birinin özünəməxsus çağırışları var:

"İqtisadi rəqabət, bazarda dominantlıq, təhlükəsizlik və s. məsələlər qarşıda duran xarici çagırışlardır. Dəyişən dünyada ayaqda qalmaq üçün bu ölkələr bir-birinin yanında olmalıdır.

Daxili çağırışlara cavab vermək məqsədilə təcrübə mübadiləsi dəyər yaradır və faydalıdır. İqlim məsələsi xüsusilə ciddi problemdir; su problemləri Mərkəzi Asiya üçün əsas çağırışdır. Ölkələr ayaqda qalmaq üçün suyun effektiv və rasional istifadəsi və ədalətli paylanması ilə məşğul olmalıdır.

Gənclər arasında radikal İslamın yayılmasına qarşı cəmiyyətlər mübarizə aparmalıdır. Burada ortaq yanaşmalar olmaya bilər, amma müştərək yanaşmalar mümkündür. Mərkəzi Asiyada buna böyük ehtiyac var".

O qeyd edib ki, Azərbaycan kimi Mərkəzi Asiya ölkələri təhlükəsizlik arxitekturamıza daxildir və bu sahədə əməkdaşlığı davam etdirməliyik.

"İnsan haqları, təhlükəsizlik və idarəçilik sahələrində yaxın dəyərlər üzərində işləyə bilərik. Sabitlik, təhlükəsizlik və regionun rifahı bizim üçün vacibdir.

Maraqlarımızı iqtisadi əməkdaşlığa yönəldirik. Eyni zamanda, Avropada miqrasiya məsələsi geniş vüsət alıb. Sirr deyil ki, biz əlavə qaynar nöqtələrin yaranması və miqrant axınının artmasında maraqlı deyilik. İstəyirik ki, tənzimlənmiş miqrasiya sistemi təşkil edilsin. Mərkəzi Asiya dünyanın az yerlərindən biridir ki, gənc və təhsilli əhali üstünlük təşkil edir", - deyə xüsusi nümayəndə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti