...

Lökbatanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hadisə Materials 14 Mart 2026 13:52 (UTC +04:00)
Lökbatanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində piyada ölümü ilə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə hadisə martın 11-i baş verib.

Belə ki, Lökbatan-Xocəsən avtomobil yolunun “Meyvəli” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində Vilayət Paşayev idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə hərəkətdə olan zaman piyada, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevi vurub.

Hadisə nəticəsində piyada 13.03.2026-cı il tarixdə müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti