Bakı. Trend:
Nağdsız ödənişlərdən istifadənin genişlənməsi istehlakçı davranışlarına da təsir göstərib, kart sahibləri tərəfindən daha çox rəqəmsal ödəniş kanallarına üstünlük verilib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2020-ci ildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsilə aparıldığı halda, 2025-ci ildə bu göstərici 7.4%-ə enib.
Məlumatda eyni zamanda vurğulanıb ki, bankomatlarla aparılan əməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir.
“Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərinin say üzrə çəkisi 2020-ci ildə 23.9% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 31.4%-ə yüksəlib. Elektron ticarət əməliyyatlarının kart əməliyyatlarında say üzrə çəkisi 2020-ci ildə 34.4% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 61.2% təşkil edib. Həcm üzrə müvafiq göstərici isə 14.7%-dən 58.9%-ə yüksəlib”, - məlumatda qeyd edilib.
