...

“Neftçi” “Qəbələ”ni məğlub edib - Misli Premyer Liqası

İdman Materials 15 Mart 2026 20:38 (UTC +04:00)
“Neftçi” “Qəbələ”ni məğlub edib - Misli Premyer Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XXIV tura yekun vurulub.

Trend-in məlumatına görə, günün son matçında "Neftçi" səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəlib.

Bu gün baş tutan Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl reallaşan oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" isə "Zirə"ni (3:1) üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti