BAkı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın həftə Hörmüz boğazından keçən kommersiya gəmilərinin müşayiəti üçün beynəlxalq koalisiya yaradılacağını elan etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, hazırda gəmilərin müşayiətinin Yaxın Şərqdəki hərbi əməliyyatlar başa çatmamışdan əvvəl, yoxsa sonra başlayacağı müzakirə olunur.
Koalisiyanın tərkibi barədə hələlik açıqlama verilməyib, lakin qeyd edilir ki, təşəbbüsə bir neçə ölkə qoşulacaq.
